https://news.day.az/azerinews/1877229.html XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi - FOTO Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskasa "Litva Diplomatiyasının Ulduzu" mükafatını təqdim edib. Day.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi - FOTO

Azərbaycanca, 26 ноября 2026 11:27 (UTC +04:00) 121
XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi

Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskasa "Litva Diplomatiyasının Ulduzu" mükafatını təqdim edib.

Day.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, diplomatiya yalnız qapalı görüşlər və müqavilələrlə məhdudlaşmır, bəzən futbol vasitəsilə də həyata keçirilir.

"Sabah" FK-nın baş məşqçisi Valdas Dambrauskasa "Litva Diplomatiyasının Ulduzu" mükafatını təqdim etməkdən qürur duyuram. O, komandanı Çempionlar Liqasına çıxaran ilk litvalı baş məşqçidir.

Fədakarlığına, zəhmətinə və Litvanı dünya futbol ictimaiyyətində tanıtmasına görə təşəkkür edirəm! - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Sabah" və "Barselona" (İspaniya) komandaları arasında V tur oyunu keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:45-də start götürüb. Qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

  • XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi
  • XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi
  • XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi
  • XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi
  • XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi
  • XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости