https://news.day.az/azerinews/1877258.html Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib

Azərbaycanca, 26 ноября 2026 12:46 (UTC +04:00) 149
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости