https://news.day.az/azerinews/1877264.html “Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi Ermənistan hökuməti "Tramp marşrutu" layihəsinin inkişafı ilə məşğul olacaq "TRIPP Development Company" şirkətinin yaradılmasına dair səhmdarlar sazişini təsdiqləyib. Day.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Sənədə əsasən, şirkətin səhmlərinin 26 faizi Ermənistan tərəfinə, 74 faizi isə ABŞ tərəfinə məxsus olacaq.

“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi

Azərbaycanca, 26 ноября 2026 12:56 (UTC +04:00) 132
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi

Ermənistan hökuməti "Tramp marşrutu" layihəsinin inkişafı ilə məşğul olacaq "TRIPP Development Company" şirkətinin yaradılmasına dair səhmdarlar sazişini təsdiqləyib.

Day.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Sənədə əsasən, şirkətin səhmlərinin 26 faizi Ermənistan tərəfinə, 74 faizi isə ABŞ tərəfinə məxsus olacaq. Direktorlar şurası beş nəfərdən ibarət olacaq: üç üzvü ABŞ, iki üzvü isə Ermənistan təyin edəcək.

Bununla yanaşı, saziş 16 məsələ qrupunu nəzərdə tutur ki, bu istiqamətlər üzrə qərarlar hər iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sazişin bir həftə ərzində imzalanması, bundan sonra isə şirkətin Ermənistanda qeydiyyata alınması planlaşdırılır.

"Bu, müstəqilliyimizi əldə etdikdən sonra həyata keçirilən ən böyük iqtisadi layihədir", - deyə o vurğulayıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости