https://news.day.az/azerinews/1877274.html Özcan Deniz və Deniz Çakır sərbəst buraxılıb Türkiyəli aktyor və müğənni Özcan Dəniz və aktrisa Deniz Çakır narkotiklərlə bağlı iş üzrə İstanbulda saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Day.Az xəbər verir ki, NTV telekanalının məlumatına görə, məhkəmə onlarla yanaşı aktrisa Burcu Özberk , ümumilikdə doqquz nəfər barəsində polis nəzarəti altına vermə qətimkan tədbirini seçib.

Özcan Deniz və Deniz Çakır sərbəst buraxılıb

Azərbaycanca, 26 ноября 2026 13:25 (UTC +04:00) 228
Özcan Deniz və Deniz Çakır sərbəst buraxılıb

Türkiyəli aktyor və müğənni Özcan Dəniz və aktrisa Deniz Çakır narkotiklərlə bağlı iş üzrə İstanbulda saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Day.Az xəbər verir ki, NTV telekanalının məlumatına görə, məhkəmə onlarla yanaşı aktrisa Burcu Özberk , ümumilikdə doqquz nəfər barəsində polis nəzarəti altına vermə qətimkan tədbirini seçib.

İş üzrə digər şübhəli, müğənni Ceylan Kaya isə məhkəmənin qərarı ilə həbs edilib. Türkiyənin "Akşam" qəzetinin məlumatına görə, o, cinayət yolu ilə əldə edilmiş gəlirlərin qanuniləşdirilməsində şübhəli bilinir.

Xatırladaq ki, bir müddət əvvəl narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və ya saxlanılması, habelə iqtisadi hüquqpozmalar və insan alveri ilə bağlı geniş rezonans doğuran iş çərçivəsində Özcan Dəniz və Deniz Çakır da daxil olmaqla, daha 35 nəfərin saxlanıldığı bildirilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости