https://news.day.az/azerinews/1877275.html Rusiyada yüksək vəzifəli ordu generalı həbs edilib Rusiya Hava Kosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov həbs edilib. Day.Az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məhkəmə materiallarına istinadən məlumat yayıb.

Rusiyada yüksək vəzifəli ordu generalı həbs edilib

Azərbaycanca, 26 ноября 2026 13:16 (UTC +04:00) 256
Rusiyada yüksək vəzifəli ordu generalı həbs edilib

Rusiya Hava Kosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Day.Az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məhkəmə materiallarına istinadən məlumat yayıb.

Noyabrın 25-də Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında onun barəsində qətimkan tədbiri seçib. Generala qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmır.

Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, hava hücumundan və raketdən müdafiə qoşunlarında rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildə Rusiya Hava Kosmik Qüvvələrinin silahlanma üzrə baş komandanının müavini təyin edilib və general-polkovnik rütbəsi alıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости