Hüquqşünas Namizəd Səfərova verilən cəza məlum oldu
Dələduzluqda təqsirləndirilən hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Day.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Namizəd Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре