https://news.day.az/azerinews/1877391.html Yer kürəsində maqnit qasırğası gözlənilir: İki gün davam edəcək Yer kürəsində noyabrın 27-si və 28-də maqnit qasırğası gözlənilir. Day.Az xəbər verir ki, Britaniya Geoloji Xidmətinin proqnozuna əsasən, noyabrın 26-da geomaqnit şərait əsasən sakit olacaq, lakin növbəti iki gündə vəziyyət dəyişəcək. Alimlər həmin tarixlərdə G1 səviyyəli maqnit qasırğasının vaxtaşırı müşahidə ediləcəyini bildirirlər.

Yer kürəsində maqnit qasırğası gözlənilir: İki gün davam edəcək

Azərbaycanca, 27 ноября 2026 01:25 (UTC +04:00) 246
Yer kürəsində maqnit qasırğası gözlənilir:

Yer kürəsində noyabrın 27-si və 28-də maqnit qasırğası gözlənilir.

Day.Az xəbər verir ki, Britaniya Geoloji Xidmətinin proqnozuna əsasən, noyabrın 26-da geomaqnit şərait əsasən sakit olacaq, lakin növbəti iki gündə vəziyyət dəyişəcək.

Alimlər həmin tarixlərdə G1 səviyyəli maqnit qasırğasının vaxtaşırı müşahidə ediləcəyini bildirirlər. Buna səbəb Günəş diskinin mərkəzi hissəsində yerləşən tac dəliyindən gələn Günəş küləyi axınıdır. Qasırğanın dəqiq nə qədər davam edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, alimlər 2024-cü ilin mayında baş vermiş güclü maqnit qasırğası zamanı çəkilən qütb parıltısı fotoları əsasında atmosferdəki qırmızı işıqlanmanın yaranma mexanizmini də araşdırıblar. Məlum olub ki, qırmızı parıltı 200-800 kilometr yüksəklikdə elektronların oksigen atomları ilə toqquşması nəticəsində yaranır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости