Koreya üsulu kök salatının faydası və zərərləri açıqlandı – Nə qədər yemək olar?
Koreya üsulu ilə hazırlanan kök salatı faydalı tərəvəz qəlyanaltısı olsa da, tərkibindəki duz, yağ, şəkər və acı ədviyyatlar onun qida dəyərinə təsir edir.
Day.Az xəbər verir ki, həkim-nutritionist Aleksandra Bilaşın sözlərinə görə, kök beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətini, immun sistemini və dəri sağlamlığını dəstəkləyir.
Mütəxəssis bildirib ki, salata əlavə edilən bitki yağı beta-karotinin mənimsənilməsini yaxşılaşdırsa da, yağın çoxluğu yeməyin kaloriliyini artırır. Həddindən artıq duz təzyiqin yüksəlməsinə, şəkər isə rasionda əlavə şəkər miqdarının artmasına səbəb ola bilər. Reflüks və həssas mədə problemi olanlara isə sirkə, sarımsaq və acı bibərdən ehtiyatla istifadə etmək tövsiyə olunur. Sağlam insanlar üçün 50-100 qramlıq porsiya uyğun hesab edilir.
Həkim Koreya üsulu kök salatını arıqlamaq üçün xüsusi vasitə hesab etməməyi tövsiyə edib. Salatın ev şəraitində, az duz və yağla hazırlanması daha məqsədəuyğundur. Saxlanma qaydalarına gəlincə, evdə hazırlanan salat soyuducuda 4 dərəcəyədək temperaturda 3-4 gündən artıq saxlanılmamalıdır. Otaq temperaturunda isə iki saatdan çox qalması məsləhət görülmür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре