Səhər yeməyi üçün ən uyğun vaxt açıqlandı
Səhər yeməyini yuxudan oyandıqdan sonra 1-2 saat ərzində qəbul etmək tövsiyə olunur. D
Day.Az xəbər verir ki, diyetoloq Merve Ceylanın sözlərinə görə, səhər qidalanması enerji ehtiyatlarının bərpasına və bioloji saatın tənzimlənməsinə kömək edir.
Mütəxəssis bildirib ki, səhərlər orqanizm insulinə daha həssas olur və qanda şəkərin səviyyəsini daha yaxşı tənzimləyir. 7 mindən çox insanın iştirak etdiyi araşdırmada səhər yeməyini gec yeməyin yüksək qan şəkəri və insulin müqaviməti ilə əlaqəli olduğu müəyyən edilib.
Bununla belə, səhər yeməyinin vaxtı insanın yuxu rejimindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Diyetoloq qeyd edib ki, səhər yeməyini ara-sıra ötürmək problem yaratmasa da, ondan müntəzəm imtina piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре