https://news.day.az/azerinews/1877451.html Qətərdə Formula 1 üzrə mövsümün 22-ci mərhələsinə start verilir Formula 1 üzrə 2026-cı il dünya çempionatının Qətər Qran-Prisi noyabrın 27-də Lusail avtodromunda start götürəcək. Bu, mövsümün sonuncudan əvvəlki mərhələsidir. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, çempionatda fərdi və komanda hesabında qaliblər artıq müəyyənləşib.

Qətərdə Formula 1 üzrə mövsümün 22-ci mərhələsinə start verilir

Azərbaycanca, 27 ноября 2026 07:56 (UTC +04:00) 122
Qətərdə Formula 1 üzrə mövsümün 22-ci mərhələsinə start verilir

Formula 1 üzrə 2026-cı il dünya çempionatının Qətər Qran-Prisi noyabrın 27-də Lusail avtodromunda start götürəcək. Bu, mövsümün sonuncudan əvvəlki mərhələsidir.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, çempionatda fərdi və komanda hesabında qaliblər artıq müəyyənləşib. İtaliyalı Kimi Antonelli və onun təmsil olunduğu "Mercedes" komandası mövsümün qalibi adını vaxtından əvvəl təmin edib.

Fərdi sıralamada "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen 304 xalla ikinci yerdə qərarlaşıb. Onu 267 xalla "Ferrari"nin pilotu Lüis Hemilton, 264 xalla isə "Mercedes"in Corc Rasselli və "McLaren"in Lando Norrisi izləyir.

Konstruktorlar Kubokunda üçüncü yer uğrunda "Red Bull" (440 xal) və "McLaren" (431 xal) komandaları mübarizə aparır.

Qətər ilk dəfə 2021-ci ildə Formula 1 yarışına ev sahibliyi edib. Ölkə ilə imzalanmış müqaviləyə əsasən, Qran-Pri 2032-ci ilədək təqvimdə yer alacaq.

Həftəsonunun proqramına əsasən, ilk sərbəst yürüşlər noyabrın 27-də, Bakı vaxtı ilə 17:30-da, ikinci sərbəst yürüş isə 21:00-da keçiriləcək. Şənbə günü üçüncü sərbəst yürüş və sıralanma turu, bazar günü isə əsas yarış baş tutacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости