https://news.day.az/azerinews/1877465.html Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... Məlum olduğu kimi, dünən tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.

Axtarışda olan şəxs Firanın evində gizlənibmiş...

Azərbaycanca, 27 ноября 2026 09:46 (UTC +04:00) 309
Axtarışda olan şəxs Firanın evində gizlənibmiş...

Məlum olduğu kimi, dünən tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.

Day.Az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

Keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.

Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости