Hər gün qara çay içsəniz, orqanizminizdə nələr dəyişə bilər?
Qara çayın gündəlik qəbulu orqanizmə bir sıra müsbət təsirlər göstərə bilər. Tərkibindəki antioksidantlar hüceyrələrin qorunmasına və iltihabi proseslərin azalmasına kömək edir.
Day.Az xəbər verir ki, araşdırmalara görə, qara çay diqqəti və zehni fəallığı dəstəkləyə, ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, şəkərsiz qara çay qanda qlükoza səviyyəsinin tənzimlənməsinə və bağırsaq mikroflorasının dəstəklənməsinə də kömək edə bilər. Bundan başqa, gündəlik maye ehtiyacının ödənilməsinə töhfə verir. Çayın tərkibindəki kofein və L-teanin isə diqqətin cəmlənməsinə və ayıqlığın artmasına şərait yarada bilər.
Lakin qara çayın həddindən artıq qəbulu yuxusuzluq, əsəbilik, ürəkdöyünmə və narahatlıq yarada bilər. Yeməklə birlikdə çox çay içmək dəmirin mənimsənilməsini də azalda bilər. Buna görə mütəxəssislər qara çayı normada və mümkün qədər şəkərsiz içməyi tövsiyə edirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре