https://news.day.az/azerinews/745420.html "Zika" bəlasına qarşı vaksin hazırlandı

"Zika" bəlasına qarşı vaksin hazırlandı

Azərbaycanca, 4 февраля 2016 09:38 (UTC +04:00) 1 015
"Zika" bəlasına qarşı vaksin hazırlandı

Day.Az представляет новость на азербайджанском языке.

Hindistanın "Bharat Biotech International Limited" şirkəti "Zika" virusuna qarşı iki növ vaksin hazırlayıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, patentləşdirilmiş vaksinin ilk olaraq heyvanlar üzərində sınaqdan keçiriləcəyi bildirilir.
 
Şirkət vaksin üzərində işlərin davam etdirilməsi üçün hökumətdən yardım istəyib. Qeyd olunur ki,  "Bharat Biotech" dörd ay ərzində 1 milyon doza miqdarında peyvənd preparatları hazırlaya bilər.
 
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerika qitəsində yayılmış "Zika" virusunu qlobal təhlükə elan edib. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusun qeydə alındığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости