Zika virusu Rusiyada da peyda oldu
Day.Az представляет новость на азербайджанском языке
Rusiyanın İstehlak Bazarına Nəzarət İdarəsinin (Rospotrebnadzor) məlumatına əsasən, bu ölkədə Zika virusuna ilk yoluxma faktı aşkarlanıb.
Virtualaz.org Rusiya KİV-ə istinadən xəbər verir ki, yoluxmuş qadın Dominikan Respublikasında turist səfərində olub və məhz orada yoluxub. Moskvaya qayıtdıqdan bir neçə gün sonra xəstənin vəziyyəti pisləşib - temperaturu qalxıb və bədənində səpkilər əmələ gəlib. Analizlər qadında Zika virusuna yoluxmanı təsdiq edib.
Hazırda xəstənin infeksiya bölməsində xüsusi palatada müalicə aldığı bildirilir, onun vəziyyəti kafidir. Qadının yaxın qohumları yoxlanılır, onun uçub gəldiyi təyyarənin göyərtəsində dezinfeksiya işləri aparılacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре