Heydər Əliyevin anadan olmasının 93-cü İldönümünə həsr olunmuş konsert keçirilib

Day.Az представляет новость на азербайджанском языке

5 may tarixində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü İldönümünə həsr olunmuş hesabat konserti keçirib.

Milli.Az bildirir ki, konsertdə məktəbin şagird və müəllimlərinin ifasında Ü.Hacıbəyovun, Q.Qarayevin, T.Quliyevin, S.Ələsgərovun, D.Şostakoviçin, C.Verdinin, M.Qlinkanın, N.Rimski-Korsakovun və başqa dünyaşöhrətli bəstəkarların əsərləri səslənib.

Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Mədəniyyət və Turizm İdərəsinin rəisi Vuqar Zeynalov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, professor Ağaverdi Paşayev , bir çox uşaq musiqi və incəsənət məktəblərinin direktorları, müəllim və şagirdləri iştirak ediblər.

Hesabat konsertində "Heyratı", "Qarabağ şikəstəsi", "Cəngi", "Gözlə məni" kimi vətənpərvərlik ruhunda olan əsərlər tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.. Həmçinin, "Cəngi", "Şalaxo", "Qarabağ şikəstəsi", "Gözlə məni", "Heyratı", "Libertanqo", "Rekviyem" və digər Azərbaycan və xarici əsərlərdə ifa olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.