Qızla tanış olmaq üçün görün nə etdi - Bakıda cinayət

Day.Az представляет новость на азербайджанском языке
Bakıda oğlan qızla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.
Day.Az qafqazinfo-ya istinadən bildirir ki, o, qıza bıçaqla hədə-qorxu gələrək telefon nömrəsini istəyib.
Bakı sakini, 1990-cı il təvəllüdlü Sona Məmmədova polisə şikayət edərək bildirib ki, Xətai rayonu ərazisində tanımadığı oğlan tanış olmaq məqsədi ilə bıçaqla hədə-qorxu gələrək ondan mobil teıefonunun nömrəsini alıb.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən olunub. Bakı sakini, 1991-ci il təvəllüdlü Kənan Həbibli saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре