"Xəbərlər"in aparıcısından efirdə qeyri-adi hərəkət

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin "Flash TV" kanalının xəbərlər proqramının aparıcısı Mustafa Yenigün efirdə qəribə hərəkətlər edib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, o, efirdə başına qıf qoyub. Aparıcı bunun səbəbini Türkiyədə baş verən qəribə olayla əlaqələndirib.

Türkiyədə məhkəməyə 62 yaşlı qadının oğluna çəkələk atması ilə bağlı şikayət ərizəsi təqdim edilib. Ananın 5 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Aparıcı isə bu xəbərə gülməli reaksiya verib. O, başına qıf qoyaraq deyib: "Çəkələk silahdırsa, indi buna görə də rəsmi sənəd almalıyıq? Görəsən, bir adam neçə çəkələk ala bilər? Vallah, bir qıfımız çatışmır, onu da mən tamamladım".

Milli.Az sözügedən görüntüləri təqdim edir:

Videonu izləmək üçün şəklə klikləyin:

Xəbərlərin aparıcısından efirdə qeyri-adi hərəkət

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.