Astanada Suriya danışıqları başladı

Day.Az представляет новость на азербайджанском языке

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların 3-cü mərhələsi başlayıb.

Day.Az report-a istinadən xəbər verir ki, görüş ikitərəfli və üçtərəfli məsləhətləşmələrdən ibarət olacaq.

Danışıqlarda Türkiyə, İran və Rusiya Xarici İşlər nazirliklərinin təmsilçiləri, Suriyadakı müxalifətin və Bəşər Əsəd rejiminin nümayəndələri iştirak edirlər.

 

Məlumata görə, martın 14-də ilkin məsləhətləşmələr aparılacaq, martın 15-də isə geniş müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.