Türkiyədə avtobus yük maşını ilə toqquşub: 13 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Kocaeli əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 13 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Məlumata əsasən, yaralılar vəziyyəti yaxşı kimi qiymətləndirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.