https://news.day.az/economy/554342.html
“Meqa Sığorta” ASC bu xidməti tətbiq edən ilk sığorta şirkəti oldu

Daima müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərən "Meqa Sığorta" ASC sığorta bazarında yenilik tətbiq etdi!
Artıq Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası sifarişi üçün sığorta şirkətinin ofisinə yaxınlaşmağa, sığorta agenti çağırmağa vaxtınızı itirməyin. Belə ki, hər birimizin digər xidmətlərindən rahatlıqla istifadə etdiyimiz E-manat terminallarına yaxınlaşaraq asanlıqla İcbari Nəqliyyat Sığortası əldə edə bilərsiniz.
Bu unikal yeniliyi Azərbaycan sığorta bazarında ilk dəfə olaraq "Meqa Sığorta" ASC həyata keçirmişdir. İcbari Nəqliyyat Sığortası üzrə sığorta qiymətləri və sığorta şərtləri standart olduğundan tam əminliklə bu sığorta növünün E-manat terminalları vasitəsilə sifariş edilməsi mümkündür.
Qeyd etmək lazımdır ki, E-manat terminallarında İcbari Nəqliyyat Sığortası sifariş etmək üçün çox sadə və minimum məlumatlar tələb edən interfeys hazırlanmışdır. Bu sistem birbaşa olaraq sığorta şirkətinin daxili proqram təminatı və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq icbari sığorta növlərinin rəsmiləşdirilməsi üçün yaradılmış İcbari Sığorta Bürosunun vahid elektron informasiya sistemi ilə əlaqəlidir. Siz terminalın Ana səhifəsində "Meqa Sığorta" xanasını seçib mobil nömrənizi, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini daxil etdikdən sonra sığortalanacaq nəqliyyat vasitəsi üçün İcbari Sığorta Qanunvericiliyinə uyğun olaraq güzəşt və artırma əmsalı nəzərə alınmaqla terminal tərəfindən avtomatik olaraq sığorta haqqı hesablanacaq. Ekranda göstərilən sığorta haqqı məbləğini terminala ödədikdən sonra İcbari Nəqliyyat Sığortası Şəhadətnaməsi dərhal qüvvəyə minir və sığortalanmağınız haqqında məlumat ekranda və ödəniş qəbzində göstərilir, həmçinin mobil nömrənizə İcbari Sığorta Bürosu tərəfindən Sığorta Şəhadətnaməsinin etibarlılığı haqqında SMS göndərilir. Sığorta Şəhadətnaməsi isə ən geci 48 saat ərzində sığorta şirkəti tərəfindən sizə çatdırılır.
İcbari Nəqliyyat Sığortası sifarişi üçün siz E-manat terminallarından həftənin bütün günləri 24 saat ərzində istifadə edə və ekranın Meqa Sığorta səhifəsində göstərilən telefon nömrələrinə zəng edərək məlumat üçün müraciət edə bilərsiniz.
Respublika ərazisində hal-hazırda 1740 E-manat terminalları quraşdırılıb və bunlardan 100 ədədi regionlarda, qalan terminallar isə Bakı şəhərində yerləşir. İlin sonuna kimi terminalların sayının 3000 ədədə çatdırılması nəzərdə tutulur.
"Meqa Sığorta" ASC gələcəkdə də müştərilərin rahatlığını təmin etmək üçün digər sığorta xidmətlərinin terminallar vasitəsilə həyata keçirilməsini planlaşdırır.

İcbari Nəqliyyat Sığortasının sifarişi üçün terminaldan istifadə qaydası:
1. Terminalın Ana səhifəsində "Meqa Sığorta" xanası seçilib və aşağıda göstərilən hər bir addımın yekununda İrəli düyməsi sıxılmalıdır.

2. Ekranda açılmış Meqa Sığorta səhifəsində ardıcıl olaraq növbəti məlumatlar daxil edilir:
- Mobil nömrə;
- Şəxsiyyət vəsiqəsinin pin kodu;
- Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi.
3. Məlumatlar daxil edildikdən sonra sistem nəqliyyat vasitəsinin növünə və şəxsiyyət vəsiqəsinin pin koduna əsasən sığorta haqqını hesablayır və şəxs haqqında məlumat ekranda göstərilir.
4. Növbəti mərhələdə terminal daxil edilən məlumatların düzgünlüyünün təsdiq edilməsini və sığorta haqqı məbləğinin ödənilməsini tələb edir.
5. Sığorta haqqı ödənişi terminala daxil edildikdən sonra İcbari Sığorta Şəhadətnaməsi qüvvəyə minir və bu haqda məlumat qəbzdə göstərilir, həmçinin bu barədə mobil nömrənizə SMS göndərilir.
Xatırladaq ki, "Meqa Sığorta" Şirkəti fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır və təklif etdiyi xidmət səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəltməklə yanaşı müştəri məmnuniyyətinin artırılması istiqamətində ilbəil çalışır.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре