“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib
Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan "PAŞA Həyat" "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 27 866 manat qalıq borc məbləği "PAŞA Həyat" tərəfindən aidiyyatı üzrə ödənilib.
Qeyd edək ki, "PAŞA Həyat" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 3 sığorta hadisəsinə görə ümumilikdə 61 115 manat həcmində sığorta ödənişi verilib.
"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.
Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.
Çağrı Mərkəzi (012) 942
Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan
Tel: (+99412) 567 32 36
Faks: (+99412) 567 32 39
Mob: (+99450) 282 13 32
E-mail: [email protected]
www.pasha-life.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре