"Xalq Sığorta" internet saytını yeniləyib: bütün məhsullarımızı onlayn əldə edin!
Hər zaman müştərilərinin rahatlığını düşünən "Xalq Sığorta"nın xidmətləri yeni internet səhifəsi vasitəsilə daha da əlçatan olub. Bundan sonra hər kəs evindən və ya iş yerindən ayrılmadan sayta daxil olaraq şirkətin təqdim etdiyi məhsulları sifariş edə və ya əldə edə bilər. Buna görə də sayt əvvəlkindən fərqli olaraq daha dinamik, funksional və rahatdır.
Avtomobilini, əmlakını icbari sığorta etdirmək istəyən və ya səyahətini sığortalamaq niyyətində olanlar onlayn şəkildə bu xidməti əldə edə bilərlər.
Yeni sayt vasitəsilə şirkət müştərilərinə kasko sığortası üzrə məhsul sifarişini də onlayn həyata keçirmək imkanı verir.
Qeyd edək ki, 2005-ci ildən sığorta bazarına daxil olan "Xalq Sığorta" 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir. "Xalq Sığorta" Azərbaycan sığorta bazarının ən iri iştirakçılarından biri olaraq 39 mln. 388,700 min manat ödənilmiş nizamnamə kapitalına malikdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре