Bakıda faciəyə səbəb ola biləcək problem aradan qaldırılıb - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Bakı şəhərində faciəyə səbəb ola biləcək problem aradan qaldırılıb. Milli.Az-da Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 50 saylı binanın üzərindəki suvaqların qoparaq tökülməsi barədə məqalə dərc olunmuşdu.
Sakinlər bildirirdilər ki, binadan qopan hissəciklər yaxınlıqdan keçən insanların başına və orada dayanmış avtomobillərin üzərinə tökülür. Nizami rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı tədbir görüləcəyinə söz verilmişdi.
Ötən gün sakinlər Milli.Az-a problemin aradan qaldırılması xəbərini verdilər. İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev Milli.Az-a bildirdi ki, R.Rüstəmov küçəsindəki həmin binaya baxış keçirildi. Həmin bina 70-ci illərdə müvəqqəti tikilmiş panel binadır.
Şöbə müdirinin sözlərinə görə, binadan qopub tökülənlər suvaq yox, nəmişliyə qarşı binanın üzərinə çəkilmiş təbəqədir: "Həmin qabıq qopub tökülürdü. Qabıqlar insan üçün təhlükəli olmasa da, maşınları cıza bilər. Həmin yerlər də suvandı və bəzi qopmaq təhlükəsi olan yerləri isə qaşındı".
B.Tatlıyev problemin həlli ilə yanaşı, daha təhlükəli binalardan danışdı: "Ən təhlükəli binalar bilirsiz hansılardır? Qədimi və köhnə binaların yuxarısında olan karniz daşlarıdır. Onlar qopsa, insan üçün təhlükə yarada bilər. Biz 3 il əvvəl Əli Vəliyev küçəsində belə binaların karnizlərini sökərək dəyişdirmişik".




Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре