Bakıda müşkül problem: həyatınızın qədrini bilin

Day.Az представляет новость на азербайджанском языке.
Bakıda piyadaları yolu təhlükəsiz keçmək üçün yeraltı keçidlərə yönləndirmək müşkülə çevrilib. Oxucular yazırlar ki, 8-ci kilometr bazarının qarşısında insanlar qayda-qanunları sevmirlər: "Burada insanlar yolu yeraltı keçidlərdən yox, birbaşa yolun hərəkət hissəsindən keçirlər. Axı bu təhlükəlidir. Təklif edirəm ki, burada yol polisi dayansın, qaydaları pozanlar cərimələnsin. Bəlkə, onda insanlar yol hərəkəti qaydalarına əməl etdilər. Xahiş edirəm ki, bu məsələni dərc edəsiniz".
Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Babək Tatlıyev Milli.Az-a açıqlamasında bildirdi ki, insanları zorla piyada keçidinə yönləndirmək mümkün deyil. Şöbə müdirinin sözlərinə görə, həmin ərazidə polis əməkdaşları dayanır və keçiddən istifadə etməyənləri cərimə edir.
B.Tatlıyev qeyd etdi ki, piyadaları keçidə yönləndirmək üçün yol kənarında sədd çəkilməsi isə icra hakimiyyətinin işi deyil. Yol təsərrüfatı ilə aidiyyəti qurumlar məşğul olur.
Bakı şəhər Yol Polis İdarəsindən Milli.Az-a bildirildi ki, həmin ərazidə yolla səki arasında sədd çəkmək də çıxış yolu deyil. Piyadalar özləri təhlükəsizliklərini nəzərə alaraq keçiddən istifadə etməlidirlər.
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре