Bakının qeyri-adi restoranı yerlə yeksan oldu - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Yasamal rayonu ərazisində yerləşən "Göl" restoranı bir gecənin içində dağıdılıb.

"Göl" restoranının qeyri-adiliyi onda idi ki, o, gölün üzərində tikilmişdi. Milli.Az xəbər verir ki, adıçəkilən restoran keçmişdə daş karxanası kimi istifadə olunan yerdə tikilib. Sonra karxananın yerində göl əmələ gəlib, sonra isə üstündə "Göl" restoranı inşa olunub.

Bir müddət əvvəl restoranın gölə yaxın olan hissəsini sökmüşdürlər, ancaq iki gün öncə restoranın qalan hissəsi də yerlə yeksan edilib. Ərazidə yaşayan sakinlərin verdikləri məlumata görə, iki gün bundan əvvəl restoranın yuxarı hissəsində yerləşən trenajor zalı bir gecənin içində sökülüb.

Trenajor zalında məşq edən insanlar isə bildirirlər ki, səhəri gün idman etmək üçün oraya gəldikdə restoranın bütün ərazisinin "şumlandığını" görüblər, söküntü olan yerdə isə 15-ə yaxın polis müfəttişi əraziyə nəzarət edirmiş.

Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən Milli.Az-a bildirildi ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb.

""Göl" restoranının ərazisi başqa bir şəxs tərəfindən alınıb. Ona görə də restoran və onun yanında yerləşən məşq zalı sökülüb. Yerində isə nəyin tikiləcəyi hələ ki, məlum deyil".
 

Böyütmək üçün şəkillərə klikləyin.