"Oazis"dəki dəhşətli dava anbaan - YENİLƏNİB - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке.

----------
13:27

Bakının məşhur restoranlarından sayılan "Oazis"də baş verən kütləvi davada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, xəsarət alanlardan 4 nəfər restoranın ofisiantlarıdır. APA TV kütləvi davanın eksklüziv görüntülərini də əldə edib.

Kütləvi davada iştirak edən iki nəfər şübhəli şəxs qismində saxlanıb. Xatırladaq ki, dava əvvəlcə restoranda ad günü qeyd edən bir ailənin üzvləri arasında başlayıb. Daha sonra dava salanlar ofisiantı çağıraraq mağazadan onlara spirtli içki almağı tələb ediblər. Bura ailəvi restoran olduğuna görə spirtli içki verilmədiyini deyən ofisiant təhqir olunub. Ofisiantı təhqir edənlərin söyüş söyməsi həmin vaxt restoranda olan digər müştərilərin də ciddi narazılığına səbəb olub.

"Oazis" restoranının baş inzibatçısı Azad Əliyev hadisənin təfərrüatlarını açıqlayıb: "Digər müştərilər bizim administrator otağına yaxınlaşıb şikayət etdilər. Dedilər ki, rəqs meydançasında olan bir nəfər özünü apara bilmir, axı bura ailəvi restorandır. Biz də inzibatçını təlimatlandırdıq ki, həmin müştəriyə yaxınlaşıb, desin ki, belə olmaz".

Bundan sonra münaqişə daha da qızışıb.

Bir xeyli sonra mühafizəçilər mübahisə edənləri sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çevirməyə başlayıblar.

Ofisiant Rəhman Adıgözəlov APA Tv-yə açıqlamasında hadisəni belə danışıb: "Qədəhi atdılar, üzümə dəydi. Üzümü tutdum, başladılar döyməyə".

"Oazis" restoranının baş inzibatçısı Azad Əliyev dava salanların söyüş söyməyə başladığını deyib: "Digər masalarda əyləşən qadınlara, qızlara məhəl qoymadan söyüş söyməyə başladılar. Biz həmin adamı çölə çıxaranda digər yoldaşları da ona qoşularaq başqa stollardan çəngəl, bıçaq, əllərinə keçən hər şeyi atdılar. Ofisiantı götürüb hovuza tulladılar. Bu restoranın on illik tarixində belə şey baş verməmişdi".

Bundan sonra dava salanlar restoran xidmətçiləri və mühafizəçiləri yenidən döyməyə başlayıblar. Restoran rəhbərliyi polisə zəng etmək məcburiyyətində qalıb. Restoranda elə bir vəziyyət yaranıb ki , digər qonaqlar məclislərini yarımçıq qoyaraq restoranı tərk ediblər.

Kütləvi dava nəticəsində restorana ümumilikdə 5000 manatdan yuxarı maddi ziyan dəydiyi bildirilir. Fakt üzrə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanıb.

----------
12:21

"Bir masada əyləşən 8 nəfər kişidən biri digər masada əyləşən xanım müştərilərə söz ataraq onları narahat etməyə başlayıb. Hadisə əslində buna görə baş verib".

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-ın əməkdaşına "Oazis"də 3 nəfərin bıçaqlanması və xeyli sayda insanın xəsarət alması ilə nəticələnən qanlı savaş barədə danışan restoran sahibi hacı Mirtalib Miri oğlu dedi.


Qeyd edək ki, hazırda xəstəxanada müalicə olunan Zaur Əsgərov mediaya açıqlamasında hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirmişdi. Onun sözlərinə görə, övladının 3 yaşını qeyd etmək üçün "Oazis"də 15 nəfərlik yer götürübmüş, öz xanımı ilə rəqs edərkən mühafizəçilərdən biri ona həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Dava da bununla başlayıb. Z.Əsgərovun sözlərinə görə, aşpazlar, ofisiantlar, hətta restoranın sahibi Mirtalib də onları döyüb.

"Oazis"in sahibi Mirtalib Miri oğlu isə bu ittihamları rədd edir.

"Restoranda xanım kollektivi var. Kimsə qardaşı və həyat yoldaşı olmadan restorana gəlibsə, o demək deyil ki, kimlərsə onları narahat edə bilər. Xanımlar tanımadığı şəxslərin onlara qarşı kobud davranması və onları narahat etməsi ilə bağlı restoranın mühafizəçilərinə məlumat veriblər. Restoranın işçiləri məsələni aydınlaşdırmaq istəyərkən olay daha da böyüyüb və kütləvi davaya çevrilib. Masadakı boşqablar və pəncərələr sınıb. İşçilərdən 3 nəfər xəsarət alıb".

Restoran sahibi mühafizəçilərin həmin şəxsə həyat yoldaşı ilə bağlı "get arvadına de, yaxasını bağlasın" məsələsinə də aydınlıq gətirdi:

"Necə fikirləşirsiz, kim kimə elə söz deyər? Heç olmasa, elə bir şey uydursunlar ki, inandırıcı olsun. Mühafizəçi onun özünə irad tutub ki, paltarınızı düymələsəniz, yaxşı olar, qarnınız çöldə qalıb. Həmin vaxtı da dava düşməyib. Davanın düşməyinə səbəb bunların mütəmadi olaraq yan masadakı xanımları narahat etməsi olub. Ən dəhşətlisi isə odur ki, həmin şəxsin xanımı ərinin başqa xanımlara söz atmasına haqq qazandırırdı. Biz onun əri ilə söhbət edəndə arvadı qışqırırdı ki, ər mənimdir, özüm bilərəm, yaxşı edir, xanımlara ilişir".

Restoran sahibi onu da dedi ki, elə dava da bu sözlərdən sonra baş verib. Biz həmin şəxsi sakitləşdirmişdik. O, içkili olduğu üçün nə danışdığını bilmirdi. Amma o, ofisiantı şapalaqladı, dava da ondan sonra düşdü. Videoda özünüz də görəcəksiniz ki, butulkaları işçilərimin başında necə sındırırlar, bıçağın arxası ilə dayanmadan yüzdən çox zərbə vurublar".

Restoran sahibi ona dəyən zərərdən də danışdı:

"Yüzlərlə qab-qacaq sındırılıb. Qadın mühafizəçilərimiz olmadığı üçün hadisə zamanı dalaşanların xanımlarını sakitləşdirə bilmirdik, onlar da hər yeri sındırıb dağıtdılar. Təsəvvür edin ki, işçilərimizdən birini hovuza tullamışdılar, buraları xaraba qoyub getdilər".

"Oazis"in sahibi bildirdi ki, dəyən zərərlə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edilib və zərərin ödənilməsi tələb olunur.

Restoran sahibi təhlükəsizlik kameralarının yaddaşında olan videoyazıları da sözlərinin təsdiqi kimi təqdim etdi.

P.S. "Oazis"də keçirilən tədbirin təhlükəsizlik kameralarında qeydə alınan tam - 3 saatlıq videosu redaksiyamızdadır. Biz sadəcə, əsas məqamları diqqətə çatdırırıq.

----------
12:02

Bakının məşhur "Oazis" restoranında baş vermiş davanın əks-sədası böyürür. Davada ölümcül döyülən Ravid Abdullayevin yaxın qohumu Milli.Az-a onun Binəqədi polisi tərəfindən saxlanılması xəbərini verib.

Deyib ki, ailəsi ilə ad günü keçirən qonaqların döyülməsi və həbs edilməsi harada görünüb:

"Zaur Əsgərov dostları RavidEmil Tumasovla oğlunun ad gününü qeyd edirmişlər. Zaur xanımı ilə rəqs edərkən restoranın mühafizəçisi yaxınlaşıb, ona arvadını göstərərək deyib ki, bura fahişəxanadır sizin üçün? Bunun üstündə mübahisələri düşüb. Mühafizəçilər onları bayıra çıxarıblar və uzun söhbətdən sonra ara sakitləşib. Sonra Zaur yenidən restorana qayıdaraq ad günü tortunu kəsmək istəyib. Bu zaman dava yenidən başlayıb. Emil və Zauru ölümcül vəziyyətə salıblar. Ravidə isə şiş soxublar. Özünü müdafiə etdiyindən şiş onun qarnına yox, qoluna girib. İkinci dəfə şişi soxmaq istəyən zaman başqa bir ofisiantın vurduğu təpik Ravidi hovuzun içərisinə atıb. Sonra onu hovuzdan çıxararaq döyüblər".

Bu gün isə Binəqədi Rayon Polis İdarəsinə gələrək şikayət etmək istəyən Ravidin özünü saxlayıblar. Davanın digər qurbanı olan E.Tumasov isə hadisədən sonra öz şəkillərini və davanın videosunu yayıb. Hadisənin gedişini diqqətdə saxlayırıq, Milli.Az-ı izləyin...

-----------
12:02

Böyütmək üçün şəkillərə klikləyin:

Ravid Abdullayev:


Emil Tumasov:





Videonu izləmək üçün şəklə klikləyin:

фото


фото


----------
12:21

Böyütmək üçün şəkillərə klikləyin:




Videonu izləmək üçün şəklə klikləyin:



-----------
13:27

Videonu izləmək üçün şəklə klikləyin:

фото