"Oazis" davasından yeni VİDEO - TƏFƏRRÜAT
Day.Az представляет новость на азербайджанском языке.

"Oazis" restoranında baş vermiş kütləvi qanlı davanın səs-sorağı davam edir. Həbs edilənlər, yaralananlarla yanaşı, bu gün ərzində restoran rəhbərliyinin hadisə ilə bağlı başda "Yeni Müsavat" qəzeti olmaqla əksər media orqanlarına verdiyi açıqlama bir çox mətləbləri üzə çıxarır.

Amma restoran rəhbərliyinin hadisənin baş verməsində günahkar hesab etdiyi şəxslər barələrində deyilənlərdən razı deyil. Musavat.com xəbər verir ki, onlardan biri - Vasif Şəfiyev baş vermiş hadisənin mediada düzgün işıqlandırılmadığını iddia edir. Onun fikrincə, restoran administrasiyası tərəfindən cibləri pulla doldurulmuş müəyyən bir qisim media bu məsələyə hələ də qərəzlə və satqınlıqla yanaşmaqdadır: "Bu məclisdə tərbiyəsinə, qeyrətinə, şərəfinə və ailə həyatına bələd olduğumuz, inandığımız və güvəndiyimiz dostlarımızın hüquqları tapdalanıb, ciddi fiziki təzyiq və zərər görülüb, adlarına süni ləkə yaxılıb, azadlıqları əllərindən alınıb və dəymiş zərərin ödənilməsində günahlandırılırlar. Sadəcə mən deyil, bunları tanıyan hər bir şəxs bunu təsdiqləyə bilər".

V.Şəfiyev bildirib ki, "Oazis" rəhbərliyi dava gedən zaman polis və Təcili Yardım maşınını içəri buraxmayıb, döyməklə huşsuz hala gətirilmiş dostlarına heyvancasına əziyyət verib: "Bu yetərli olmayaraq şansı gətirərək ofisiantın əlində kabab şişi qarnına yox qoluna soxulan Ravid Abdullayev hal-hazırda təcridxanada saxlanılır. Zaur Əsgərov ayağı sındırılaraq vəhşicəsinə döyülüb, Emil Tumasovun üzündə 50 tikiş və müxtəlif iti soyuq silah izləri var. Nəticə etibarı ilə "Oazis" restoranının fəaliyyətini dələduzluq, qruplaşma cinayət, hətta özlərindən düzəlmə "küçük mafiya" kimi qiymətləndirmək mütləqdir. Hacı ləqəbli restoranın müdiri faşistin xüsüsi yetişdirilmiş itlərini insan üzərinə buraxması mənzərəsini yaradaraq, bu azmış kimi mediaya yalançı və dəlillərdə öz əksini tapmayan iddialar irəli sürür".

V.Şəfiyev sonda öz mesajını da çatdırıb. Deyib ki, bu ölkədə belə dəvələrdən çox nəhəng fillər var: "Şəxsən mən özüm mühafizədə növbə rəisi işləmişəm, və onu dəqiq bilirəm ki, Azərbaycan Respublikasında mühafizə işinin təşkilinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamında bildirilir ki, mühafizə işinin təşkilində qanun pozuntusu aşkar olunarsa, fizik güc tətbiq edərək və ya etməyərək xəsarət yetirməmək şərti ilə qanunu pozanları müəyyən güc strukturlarına təhvil vermək zəruridir. İnanıram ki, düzgün dəlillər polis istintaqına və prokurorluğa təqdim olunacaq və nəticə ədalətli olacaq. Dostlarımızın ailələrinə səbr diləyirəm, dostlarıma da böyük ehtimalla ola biləcək spekulyasiyalara soyuqqanlı münasibət göstərmələrini və tez bir müddətdə sağlamlıqlarını bərpa etməklərini arzu edirəm. Unutmayaq ki, bu olanlar hər birimizin başına gələ bilər".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.

Videonu izləmək üçün şəklə klikləyin:



фото

фото