https://news.day.az/society/519021.html
"Oazis" davasının gözlənilməz sonluğu
Day.Az представляет новость на азербайджанском языке.
Həbsdəki Ravid Abdullayev azadlığa buraxıldı, ailələrlə restoran rəhbərliyi barışdı.
Sentyabrın 2-də "Oazis" restoranında müştərilərlə restoran işçiləri arasında yaşanmış qalmaqal yekunlaşmaq üzrədir. Hadisə nəticəsində həbs edilən Abdullayev Ravid Yusif oğlu sentyabrın 9-da məhkəmədən azadlığa buraxılıb. Himayəsində azyaşlı uşağın olması nəzərə alınaraq istintaqın ev şəraitində davam etməsinə qərar verilib.
Xatırladaq ki, Baş Prokurorluğun son olaraq yaydığı məlumatda sentyabrın 2-də, saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Oazis" restoranında müştərilərlə restoranın işçiləri arasında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə bağlı cinayət işi başlandığı bildirilib. Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdi.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.
Son gəlişmələrlə bağlı bizimlə danışan ailənin yaxın dostu, sözügedən məclisdə iştirak edən Vasif Şəfiyev dedi ki, həbs edilən restoran işçilərinin taleyi ilə bağlı məlumatlı deyil. Müsahibimiz qarşı tərəfdən həbs edilən şəxslərin də azadlığa buraxılmasını arzuladığını bildirdi: "İnşallah, bu işə görə heç kim azadlığını itirməz. Xoşagəlməz hadisə idi, yaşandı, bitdi. Ümid edək ki, bundan sonra belə hadisələr təkrarlanmaz".
Müsahibimiz ailələrlə "Oazis" restoranı rəhbərliyi arasında barışıq olduğunu da təsdiqlədi.
Xatırladaq ki, daha öncə restoranın rəhbəri Mirtalıb Miri bu barədə açıqlama verib. O deyib ki, Zaur Əsgərovun atası Mahir Əsgərov onunla barışıq üçün restorana gəlib.
Restoran sahibi artıq problemin həll olunduğunu, Mahir Əsgərovun barışıq təklifinə müsbət cavab verdiyini bildirib.
Əldə etdiyimiz məlumata görə, "Oazis"in həbs edilən 3 əməkdaşı da ayın 8-də istintaqın yekunlaşması ilə azadlığa buraxılıb.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре