https://news.day.az/society/592221.html
Bakıya heyran qalan isveçli qızlar - FOTO
ANS PRESS-in məlumatına görə, gəzinti TİSSOT və VMF Şirkətləri tərəfindən təşkil olunub. I Avropa Oyunlarının rəsmi xronometri olan TİSSOT tərəfindən təşkil edilən tədbirdə ilk öncə İsveç basketbol komandasının üzvlərilə görüş keçirilib.
Komandanın 4 idmançısı, Doreze Studer, Sara Kerşo, Aleksi Rol və Mriala Giroud gəzintidə iştirak edib. İlk öncə isveçrəli qızlar İçərişəhərdə olublar. Onlar bir neçə muzey və tarixi abidə ilə tanış olubar.
Miniatür Kitab Muzeyində olan isveçrəli basketbolçular burada qorunan kitab nümunələrilə tanış olublar. Onların ən çox diqqətini çəkən isə İsveç dilində yazılmış və onların tarixini əks etdirən kitablar olub. İsveçrə ilə Azərbaycanın dostluğunu əks etdirən kitab nümunələrilə tanış olublar. Kitab Muzeyində saxlanılan digər kitablarla da maraqlanan isveçri idmançılar, daha sonra Şirvanşahlar Muzeyinə baş çəkiblər.
Şirvanşahlar muzeyində tarixi eksponatlara baxan idmançı qızlar, qədim dövlətin tarixilə də maraqlanıblar.
Basketbol komandasının üzvləri Şəhidlər Xiyabanını da ziyarət ediblər. Burada onlara müstəqil Azərbaycanın uğrunda şəhid olan insanlar barədə məlumatlar verilib. Milli Qəhrəmanların məzarları göstərilib və tariximiz barədə məqamlar diqqətlərinə çatdırılıb.
Bakı ilə tanış olan idmançılar Azərbaycan xalqının mehriban və qonaqpərvər olduğu qənaətinə gəliblər. Doreze Studer ANS PRESS-ə açıqlamasında Bakı haqqında çox yüksək fikirdə olduğunu bildirib.
"Bura ecazkar şəhərdir. Bakıda gündüzlər başqa aləm olur, gecələr isə tamam ayrı mənzərə canlanır. Bu şəhərdə qədimliklə müasirliyin sintezi var. Çox gözəl şəhərdir, insanları çox mehribandır. Burada istənilən insana yaxınlaşıb yardım istəmək olar".
Sara Kerşo isə Bakını həyatında gördüyü ən gözəl şəhərlərdən biri adlandırıb. O, paytaxtımızda vaxtının çox xoş keçdiyini bildirib: "Çox xoşbəxtəm ki, Bakıda oldum. Burada gözəl günlər keçirdim. Bakıda olduğum vaxtı heç vaxt unutmayacağam".
İsveçrəli qızları heyran edən isə qısa zaman ərzində Bakıda belə gözəlliklərin yaradılması olub.
"Gözəl şəhərlər uzun illər ərzində yaradılır. İnana bilmirəm ki. Bakı bir neçə ilin içərisində belə gözəlləşib. Təxminən 5 il bundan qabaq bura gəlmişdim. Bu illər ərzində Bakının bu qədər gözəlləşdiyinə inana bilmirəm", - deyə Aleksi Rol təəssüratlarını bölüşüb.
Gəzintinin sonunda İsveçrə Basketbol Komandasının üzvlərinə TİSSOT-un təqdim etdiyi hədiyyələr verilib.

Day.Az представляет новость на азербайджанском языке:

Şəkilləri böyütmək üçün klikləyin

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре