Starbucks vergi maxinasiyasında ittiham olunur
Day.Az представляет новость на азербайджанском языке
"Starbucks" 30 milyon avroya yaxın vergi ödənməsi üçün məhkəməyə veriləcək.
Niderlandın maliyyə nazirliyi Amerikanın aparıcı kafe şəbəkəsi olan "Starbucks"dan 30 milyon avroya yaxın vergi tutulması üçün şirkəti məhkəməyə verməyə hazırlaşır.
Anspress bildirir ki, "Starbucks" rəhbərli genişmiqyaslı vergi maxinasiyasında ittiham olunur. Araşdırmanın aparılmasını Niderlandın aidiyyatı qurumlarına Avropa Birliyinin rəqabət məsələlərilə bağlı komissarı Marqret Vestaqer tapşırıb. Niderlandın maliyyə naziri ölkəsində vergidən yayınmaya qarşı mübarizəni dəstəklədiyini bildirib.
"Starbucks" rəhbərliyi çıxarılan istənilən qərardan apelyasiya məhkəməsinə şikayət edəcəyini bildirib. Niderland 10 faizdən də aşağı vergi tarifləri ilə uzun müddətdir ki, dünyanın aparıcı korporasiyalarını özünə cəlb edir. Bir çox brend şirkətlər bu üstünlüyə görə baş qərargahını Hollandiyada açmağa qərar verir. Avropa Birliyi ölkənin vergi sistemində islahatlar aparılması üçün Niderland hökümətinə təzyiqlər göstərir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре