Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.
----------
21:06
Bakı-Qazax magistralının 349-cu km-də ağır yol qəzası baş verib. Gəncə istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşısında gedən "Qazel" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən "VAZ 2107" yoldan çıxaraq dərəyə aşıb.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bu zaman avtomobildə olan adı hələlik bilinməyən bir qadın dünyasını dəyişib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 22 yaşlı Arzu Musayev və 31 yaşlı Ələsgər Məmmədov dərhal Gəncə şəhər TTYX-a aparılıb. Faktla bağlı araşdırma aparılır.
----------
20:40
Bakı-Gəncə avtomobil yolununda avtomobil aşıb. APA-nın verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. "VAZ 2107" markalı avtomobilin aşması nəticəsində bir sərnişin hadisə yerində ölüb. Sürücü və başqa bir sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.
Faktla baölı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре