Oğurluğun qarşısını alacaq portmanat düzəldilib - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Üst hissəsinə nazik sensorlar qoyulan siqanalizasiyalı portmanatı Şirvan sakini Şamil Qaçayev düzəldib
Azərbaycanlı gənc tərəfindən oğurluğun qarşısını ala bilən portmanat düzəldilib.
Yeni ixtira ilə sahibindən başqası cibdəki pul qabını götürdükdə portmanat səs və titrəyiş verir. Gənc ixtiraçı şahid olduğu bir oğurluqdan sonra siqnalizasiyalı protmanat düzəldib.
Cibdən çıxarılarkən səs salır və titrəyiş verərək sahibinə xəbərdarlıq edir. Üst hissəsinə nazik sensorlar qoyulan siqanalizasiyalı portmanatı Şirvan sakini Şamil Qaçayev düzəldib.
Üstəlik bu qurğu bütün portmantlara quraşdırıla və kiçik batareya vasitəsi ilə bir il işləyə bilir. Gənc ixtiraçının sözlərinə görə, sənaye üsulu ilə hazırlanmasına şəraitin yaradılacağı təqdirdə belə portmanatları daha müasir formada hazırlamaq olar.
Şamil Qasımov belə bir pul qabını hazırlmaq fikrinə qarşılaşdığı bir oğurluq hadisəsindən sonra düşdüyünü bildirir.
İndi Şamil, ixtarının eskiz layihələrini hazırlayaraq patentini almağa çalışır.
Day.Az "Xəzər Xəbər" mövzu ilə bağlı daha ətraflı material təqdim edir:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре