Jasminin biznesmen əri həbs olundu - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Rusiyalı müğənni Jasminin həyat yoldaşı, biznesmen İlan Mironoviç Şor saxlanılıb.
"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, moldovalı iş adamı banklardan yeyinti faktına görə 72 saat müddətinə həbs olunub. Bu barədə prokuror Adrian Beçişor bildirib.
"O, dələduzluq və çirkli pulların yuyulmasında şübhəli bilinir. Prokurorlar rayon məhkəməsindən onun 30 gün müddətinə azadlıqdan məhrum olunmasını tələb edirlər", - deyə A. Beçişor vurğulayıb.
Xatırladaq ki, Jasminin həyat yoldaşı 2015-ci ildə Rusiyadan 1 milyard dollar çıxardığəna görə Moldovada həbs olunmuşdu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре