Məşhur iş adamı: "Qızımı da güllələdilər..."

Day.Az представляет новость на азербайджанском языке

Livanın planlaşdırma naziri Mişel Firavenin dediyinə görə, İstanbulun Ortaköy səmtindəki "Reina" gecə barına dünən gecə terrorçunun hücumu nəticəsində həlak olan 39 nəfər arasında 3 livanlı da var.

Milli.Az bildirir ki, həlak olan Livan vətəndaşları İlyas Vardin, Heykel Müsellem və Rita Şamidir.

Rita Şaminin atası Livanın ən məşhur və zəngin iş adamlarından biri İlyas Şamidir.

Yaralılar arasında Livan parlamentinin üzvü Estefan Düveyhinin qızı Büşra Düveyhi də var. Yaralanan livanlılar arasında Fransua Esmar, Nidal Bişravi, Melisa Papalordo da var.

İlyasm Şami deyib: "Qızımızı da güllələdilər. O terrorçu övladımın yox, mənim həyatıma son qoydu".

İlyas Vardinin bacısı Şarbel isə 26 yaşlı qardaşının terrorizm qurbanı olduğunu söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.