Mətanət ağladı - “Körpə uşağıma qarğış edirlər...” - VİDEO
Day.Az представляет новость на азербайджанском языке:
Teleaparıcı Mətanət Əliverdiyeva "Gün üzü verilişinin qonağı olub. "Qafqazinfo"nun məlumatına görə, ötən gün "Gündəlik" verilişində səsləndirdiyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözlərinə münasibət bildirən teleaparıcı göz yaşı töküb:
"Hadisə baş verəndə dəhşətə gəldim. Çox həssas insanam. Rəhbərliyə dedim ki, mən efirə çıxmaq istəmirəm. Böyüklərə nəsə olanda insan soyuqqanlı yanaşa bilir, amma körpələr... Evə gəlib uşaqlarımı qucaqlayıb öpdüm. Təsəvvür elədim ki, o analar nələr çəkib. Kimlərsə mənim verilişim vasitəsilə şou etdi. Mənə qarğış edirlər. Kiminsə alqışı ilə yaranmamışam ki, qarğışları ilə dünyadan gedim. Mənim körpə uşağıma qarğış edirlər, mənə pis təsir edir".
Videonu izləmək üçün şəkilə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

