Yanan xəyallara ithaf olunur... - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Məşhur gitara ifaçısı və müğənni Çingiz Mustafayev mayın 19-da Bakıda baş verən dəhşətli hadisədə həlak olanlara mahnı həsr edib.

Anspress-in məlumatına görə, müğənni "Yanan xəyallar" adlı mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşıb.

Yanan birinin dilindən səsləndirilən mahnının sözləri və bəstəsi Çingiz Mustafayevin özünə aiddir.

Qeyd edək ki, Binəqədi rayonunda 16-mərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər isə yaralanıb.


Videonu izləmək üçün şəkilə klikləyin:


фото