Laçınlı şagirdlərin Ağcabədidəki yay məktəbi - Trend TV yurdlarına qayıtmağa hazırlaşan uşaqların maraqlı görüntülərini lentə alıb

Əslən Laçından olan, hazırda Ağcabədidə məskunlaşan şagirdlərin yay məktəbinə start verilib. Məqsəd pandemiya dövründə məlum səbəblərdən buraxılan dərslərin əvəz edilməsi, tədrisdəki gerimələrin aradan qaldırılması və xüsusilə də proqramın təkrarıdır.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu dərs proseslərində iştirak edib, müəllim və şagirdlərlə söhbətləşib. Müəllimlər bildiriblər ki, ötən aylar ərzində pandemiya səbəbindən şagirdlərin ümumi biliklərində bəzi gerimələr müşahidə olunub.

Bu səbəbdən səhər saatlarında, açıq havada dərslər təşkil edilir ki, şagirdlərin bilikləri daha da möhkəmlənsin. Dərslər keçilmiş proqramın təkrarı xarakteri daşıyır. Dərslərdən sonra şagirdlər arasında yarışlar və əyləncəli oyunlar təşkil edilir. Trend TV-nin yay məktəbindən hazırladığı videoreportajı təqdim edirik.