Prezident İlham Əliyevin ermənilərə ünvanladığı sərt və qətiyyətli bəyanatlar çox ciddi mesaj idi

Laçın şəhəri və ətraf əraziləri tərk edən ermənilərin evləri yandırması, meşələrə od vurması və bu kimi vandal hərəkətlər etməsi erməni xalqının əsl mahiyyətindən xəbər verir. Onlar bununla özlərini bütün dünyada rüsvay edir, sülh və təhlükəsizliyə necə böyük təhdid olduqlarını sübuta yetirirlər.

Bu fikirləri Yeni TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, bütün bu vandal hərəkətlərlə bağlı Azərbaycan Baş Prokurorluğu cinayət işi başlayıb və həmin cinayətləri törədənlər cavab verməli olacaqlar:

"Erməni vandalları iki il əvvəl Kəlbəcəri, Laçının bir çox yaşayış məntəqələrini boşaldarkən də bu kimi yaramaz əməllər törədirdilər. Evlər, meşələr yandırılır, ağaclar kəsilir, hər yer talan edilirdi. Ermənilər indi də bu hərəkətləri davam etdirməklə özlərinin əsl mahiyyətini ortaya qoyurlar. Bu cinayət əməlləri sülh prosesinə böyük zərbədir və münasibətlərin normallaşması işinə ciddi xələl gətirir. Nəzərə almaq lazımdır ki, Laçın və ətraf məntəqələrdə yaşayan ermənilər vaxtilə Suriyadan və digər ölkələrdən bu ərazilərə məqsədli şəkildə köçürülüb. Bu gün onlar öz terrorçu, vəhşi xislətlərini göstərirlər, azərbaycan xalqının vaxtilə qurub-yaratdığı infrastrukturu dağıdırlar. Əmin olsunlar ki, buna görə cavab verəcəklər".

S.Kərimli daha sonra bildirib ki, hazırda Azərbaycan böyük səbr və humansitlik nümayiş etdirir, ermənilərin ərazilərimizi tərk etməsi üçün vaxt verilib. Eyni zamanda Azərbaycan dövləti münasibətlərin normallaşması üçün irəli sürülən təkliflər barədə Ermənistandan cavab gözləyir:

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə İsmayıllıya səfəri zamanı səsləndirdiyi sərt və qətiyyətli bəyanatlar Ermənistana, Qarabağdakı qanunsuz erməni silahlılarına, həmçinin lazımi ünvanlara çox ciddi mesaj idi. Bu gün bütün dünya bilir və anlayır ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyi, hüquqları hər bir vətəndaşımız kimi bərabər qorunur. Hazırda gündəlikdə dayanan məsələ Emənistanla münasibətlərin normallaşması, sərhədlərin müəyyən edilməsi, sülhə nail olunmasıdır ki, Azərbaycan dövləti bu istiqamətdə çox gərgin iş aparır. Amma təəssüf ki, Ermənistan Azərbaycanın sülh mesajlarına revanişist meyllər, təxribatlar törətməklə cavab verir. Əgər vəziyyət belə davam edərsə, Azərbaycan ordusu yenə öz sözünü deyəcək və lazımi cəza tədbirləri həyata keçiriləcək. Bu bir reallıqdır və bunu Ermənistanın hərbi-siyasi rəhbərliyi də yaxşı anlayır. Bu gün başda Azərbaycan olmqla bölgədəki bütün ölkələr, xalqlar sülh və təhlüksizlik şəraitində yaşamaq istəyir. Sülhə təhdid olan, qanlı toqquşmalar törətmək istəyən yeganə ölkə Ermənistandır. İrəvan bütün dünyanın gözü qarşısında təhlükəsizliyə ciddi zərbələr vurur və özünü hər gün uçuruma aparır".