"Əsrin Müqaviləsi"nin imzalanmasindan 28 il ötür - “Əsas məsələ”də MÜZAKİRƏ

Bu gün "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 28 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix - 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Trend-in məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində ""Əsrin Müqaviləsi"nin imzalanmasindan 28 il ötür. ABŞ dövlət katibi E.Blinkenin təşəbbüsü və iştiraki ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasinda görüş. Bölgədə sülh günədliyinin təşviqinin vacibliyi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Hikmət Məmmədov - Milli Məclisin deputatı, Vüqar Rəhimzadə - YAP Xətai rayon təşkilatinin sədri, Əhməd Əlili - politoloq və Çingiz Qənizadə - Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz: