Yaponiya müdafiə sahəsinə 290 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır

Yaponiya hökuməti qarşıdakı 5 il ərzində ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 40 trilyon yendən (290 milyard dollardan çox) çox vəsait xərcləməyi planlaşdırır.

Day.Az-ın məlumatına görə, bu barədə ölkənin "Yomiuri" qəzeti xəbər verib.

Məlumata əsasən, hazırda müvafiq plana baxılır. Yaponiya hakimiyyəti hər il ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləməyi planlaşdırır

Yaponiya Müdafiə Nazirliyi 2023-cü maliyyə ili üçün 5,59 trilyon yendən (təxminən 40 milyard dollar) çox büdcə ilə bağlı sorğu göndərməyi planlaşdırır. Bu sorğu qəlub edilərsə, Tokionun hərbi xərcləri cari illə müqayisədə 4%-dən çox artacaq.