https://news.day.az/azerinews/1683235.html
Novxanıda istirahət mərkəzinin işçisi qadının maşınını qaçırdı
Bakıda istirahət mərkəzindən qadına məxsus avtomobil qaçırılıb.Day.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 19-u saat 14 radələrində baş verib.Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus "Hyundai" markalı avtomobil qaçırılıb.
Novxanıda istirahət mərkəzinin işçisi qadının maşınını qaçırdı

Bakıda istirahət mərkəzindən qadına məxsus avtomobil qaçırılıb.
Day.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 19-u saat 14 radələrində baş verib.
Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus "Hyundai" markalı avtomobil qaçırılıb.
Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре