Türkiyədə əhaliyə yeni zəlzələ ilə bağlı xəbərdarlıq edildi

Türkiyədə əhaliyə Mərmərə dənizində seysmik aktivliyin artması ilə əlaqədar baş verə biləcək yeni zəlzələ ilə bağlı xəbərdarlıqlıq edilib.

Day.Az əbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Ölkə parlamentinin spikeri Numan Kurtulmuş vətəndaşları daha bir zəlzələyə hazır olmağa çağırıb.

"Gözlənilən İstanbul zəlzələsi istənilən an baş verə bilər. Millətimizin, eləcə də, bütün qurum və təşkilatlarımızın bu hadisəyə hazır olması, mümkün olan ən az itki ilə bu zəlzələnin öhdəsindən gəlməyimiz vacibdir", - deyə o bildirib.