https://news.day.az/azerinews/1769572.html İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb - FOTO 23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb - FOTO

Azərbaycanca, 23 июля 2025 14:09 (UTC +04:00) 491
İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.

Səfir Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
  • İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
  • İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
  • İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
  • İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
  • İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости