https://news.day.az/azerinews/1798125.html
Tailandda bu səbəbdən fövqəladə vəziyyət rejimi elan olunub
Tailandın cənubunda baş verən güclü daşqınlar səbəbindən Sonqhla əyalətində fövqəladə vəziyyət rejimi elan olunub. Day.Az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Tailandda bu səbəbdən fövqəladə vəziyyət rejimi elan olunub
Tailandın cənubunda baş verən güclü daşqınlar səbəbindən Sonqhla əyalətində fövqəladə vəziyyət rejimi elan olunub.
Day.Az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hökumət orqanları, külli miqdarda maddi ziyana səbəb olan və ictimai təhlükəsizliyə ciddi təhdid yaradan daşqınların nəticələrinin aradan qaldırılması üçün xilasetmə əməliyyatlarını əlaqələndirəcək xüsusi komanda mərkəzi yaradıb.
Qeyd edək ki, musson yağışlarının səbəb olduğu daşqınlar Tailandın doqquz əyalətinə təsir edib və 13 nəfərin ölümünə səbəb olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре