Zaurun efirdə çətin anları

Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində gərgin anlar yaşayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, canlı efirdə yaşanan çətin vəziyyətə səbəb verilişə üz tutan şikayətçilərin ailə münaqişəsi olub.

Məsələnin qarşı tərəfi olan qadın telefon bağlantısı vasitəsilə efirə qoşularaq uzun-uzadı danışması ilə Zauru "yeyib-bitirib". Onun emosional çıxışı aparıcını çətin durumda qoyub və Zaur Baxşəliyev bir neçə dəfə söhbəti yönləndirməyə çalışsa da, bacarmayıb.

Efirdə qeydə alınan bu anlar qısa zamanda marağa səbəb olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb. İzləyicilər həm aparıcının reaksiyasını, həm də telefon bağlantısındakı qadının davranışını müxtəlif cür dəyərləndiriblər.