https://news.day.az/azerinews/1806182.html Məşhur rep ifaçısı bu ölkənin baş naziri ola bilər 35 yaşlı keçmiş rep ifaçısı və Katmandu şəhərinin meri Balendra Şah Nepalın baş naziri postuna namizədliyini irəli sürmək qərarına gəlib.Seçkilər martın 5-də keçiriləcək. Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məşhur rep ifaçısı bu ölkənin baş naziri ola bilər

Azərbaycanca, 29 декабря 2025 19:19 (UTC +04:00) 386
Məşhur rep ifaçısı bu ölkənin baş naziri ola bilər

35 yaşlı keçmiş rep ifaçısı və Katmandu şəhərinin meri Balendra Şah Nepalın baş naziri postuna namizədliyini irəli sürmək qərarına gəlib.Seçkilər martın 5-də keçiriləcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

O, Milli Müstəqil Partiyanın (RSP) lideri, keçmiş televiziya aparıcısı Rabi Lamiçxane ilə koalisiya qurduğunu elan edib. Onlar "ölkənin siyasətində otuz ildən artıq müddətdə hökmranlıq etmiş köhnə partiyalara meydan oxumaq" niyyətindədirlər.

Siyasətçilər "Z nəsli"nin etiraz aksiyaları zamanı irəli sürülən tələbləri yerinə yetirəcəklərini vəd ediblər. Həmin etirazlar baş nazir Şarma Olinin istefasına səbəb olub. Balendra Şah etirazçıların qeyri-rəsmi lideri sayılırdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости