https://news.day.az/azerinews/1808946.html
"Zirə" Rumıniya klubu ilə heç-heçə etdi
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib. Day.Az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "Çiksereda" komandası iə üz-üzə gəlib.
"Zirə" Rumıniya klubu ilə heç-heçə etdi
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.
Day.Az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "Çiksereda" komandası iə üz-üzə gəlib.
Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə"nin qollarını 10-cu dəqiqədə Namik Ələskərov, 17-ci və 45-ci dəqiqələrdə isə penaltidən Rövlan Muradov vurub.
"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. "Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.
Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın "Oleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре