https://news.day.az/azerinews/1809820.html IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb - FOTO Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin "Shura Council"nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Trend xəbər verir.

IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb - FOTO

Azərbaycanca, 16 января 2026 14:23 (UTC +04:00) 341
IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb

Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin "Shura Council"nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Trend xəbər verir.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil Mikayılova ilə görüş keçirilib.

Görüşdə dünyada parlamentlərarası münasibətlərin mövcud vəziyyəti və IPU-nun prioritet fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin Azərbaycan və Qətər parlamentləri arasındakı yüksək səviyyəli münasibətlər vurğulanıb.

Görüş zamanı vurğulanıb ki, güclü ikitərəfli əlaqələr parlamentlərarası əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qətərin Beynəlxalq Parlamentlərarası İttifaq çərçivəsində də bir-birini dəstəklədiyi xüsusi olaraq qeyd olunub.

  • IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb
  • IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости