https://news.day.az/azerinews/1810313.html Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Day.Az Musavat.com-a istinadən xəbər verir ki, kadrlarda şosse ilə hərəkətdə olan Tesla markalı avtomobilin salonunda bir cütlüyün sakit şəkildə yatdığı görünür. Videonu paylaşanlar görüntüləri ironik tərzdə "əla avtomobil" şərhi ilə təqdim ediblər.

Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO

Azərbaycanca, 19 января 2026 08:29 (UTC +04:00) 339
Avtomobil gedir, sürücü yatır: Tesla məharəti

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

Day.Az Musavat.com-a istinadən xəbər verir ki, kadrlarda şosse ilə hərəkətdə olan Tesla markalı avtomobilin salonunda bir cütlüyün sakit şəkildə yatdığı görünür. Videonu paylaşanlar görüntüləri ironik tərzdə "əla avtomobil" şərhi ilə təqdim ediblər.

Lakin avtomobil istehsalçısının rəsmi qaydalarına əsasən, yarı-avtomatik idarəetmə sistemləri aktiv olsa belə, sürücü daim yola baxmalı və istənilən an sükanı ələ almağa hazır vəziyyətdə olmalıdır. Qaydalarda açıq şəkildə qeyd olunur ki, əllər ən azı sükanın yaxınlığında, ideal halda isə birbaşa sükan üzərində saxlanmalıdır.

Mütəxəssislər bildirirlər ki, bu cür məsuliyyətsiz davranış texnologiyaya həddindən artıq güvənməkdən qaynaqlanır və yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Belə halların ağır yol-nəqliyyat hadisələri ilə nəticələnə biləcəyi vurğulanır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости