Dərnəgüldə baş verən yanğında 1 nəfər zərər görüb

Bu gün saat 12:30 radələrində Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib.

13:48
xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Day.Az-a  FHN-dən məlumat verilib.

Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

13:11

xxx

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

 

Bu barədə Day.Az-a FHN-dən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

12:28

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Day.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.